“Mançester Yunayted”dən “Real”ın futbolçusuna 60 milyonluq təklif
16.07.2015 - 16:34
“Mançester Yunayted”dən “Real”ın futbolçusuna 60 milyonluq təklif

“Mançester Yunayted” Madrid “Real”ının futbolçusu Serxio Ramosa növbəti dəfə təklif göndərib. Apasport.az saytı xəbər verir ki, “mankunianlar” 29 yaşlı müdafiəçini transfer etməkdə israrlıdılar.

 

“Real” rəhbərliyi Ramosu 90 milyon avro qarşılığında satmağa razıdı. İngilislər ilk olaraq, 30 milyonluq təklif göndərsələr də, rədd cavabı almışdılar.

 

“Mançester Yunayted”in Ramosa görə ünvanladığı sonuncu təklifin dəyəri 60 milyon avrodu. Əgər madridlilər yenə “yox” desələr, “qırmızı şeytanlar” sözügedən futbolçu ilə danışıqları dayandıracaqlar.