“Mançester Yunayted”dən Ramosa fantastik təklif
30.12.2014 - 15:59
“Mançester Yunayted”dən Ramosa fantastik təklif

Madrid “Real”ı və İspaniya yığmasının müdafiəçisi Serxio Ramos karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu uğrunda mübarizəyə “Mançester Yunayted” də qoşulub. “Mankunianlar”ın baş məşqçisi Lui van Qal rəhbərliklə görüşündə nəyin bahasına olursa-olsun, Ramosun alınmasını tələb edib. İngilislər təcrübəli futbolçuya həftəlik 105 min funt-sterlinq məvacib verməyə hazırdı.

 

Qeyd edək ki, 2005-ci ildən “Real”ın formasını geyinən Ramosun “kral klubu” ilə 2017-ci ilə qədər müqaviləsi var. 

0