İngiltərənin “Mançester Yunayted” futbol klubu yeni rekorda imza atacaq. Apasport.az saytının məlumatına görə, ingilis klubu Çempionlar Liqasında 200-cü oyununa çıxacaq.
Bu hadisə “Bavariya” ilə cavab görüşündə baş verəcək. Mançestrlilərin ən yaxın izləyicisi olan İspaniyanın “Real Madrid” klubu isə hazırkı Çempionlar Liqasında finala kimi gedib çıxa bilsə, turnirdə 200-cü oyununa çatacaq.
“Bavariya” ilə “Mançester Yunayted” arasında cavab oyunu aprelin 9-da Münhendə baş tutacaq. Mançesterdə keçirilən birinci oyun 1:1 hesabı ilə başa çatıb. Alman və ingilis klubunun hazırkı oyunu nəzərə alınsa, “Mançester Yunayted” böyük ehtimalla bu mövsüm 201-ci oyununu keçirə bilməyəcək.