“Mançester Yunayted”in braziliyalı futbolçusu “Fiorentina”da
17.01.2014 - 23:58
“Mançester Yunayted”in futbolçusu Anderson karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Apasport.az saytı İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Fiorentina” 25 yaşlı yarımmüdafiəçini heyətinə qatıb.
Belə ki, braziliyalı futbolçu mövsüm sonuna qədər yeni komandasında icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Anderson 2007-ci ildə Portuqaliya “Porto”sundan ingilis klubuna keçib.
0
0