“Mançester Yunayted”in ən yaxşısı bəlli oldu
04.12.2015 - 22:34
“Mançester Yunayted”in ən yaxşısı bəlli oldu

“Mançester Yunayted” azarkeşləri noyabr ayı üçün komandanın ən yaxşı oyunçusunu seçiblər. Apasport.az-ın  klubun saytına istinadən məlumatına görə, alman futbolçu Bastian Şvaynştayger bu dəfə fanatların rəğbətini qazanmağa müvəffəq olub.

 

O, sorğuda iştirak edənlərin 55%-nin səsini toplaya bilib. İkinci yeri 30% səslə Kris Smollinq, üçüncü yeri isə 15% səs yığa bilmiş yarımmüdafiəçisi Ceysi Lindeqaard tutub.

 

Qeyd edək ki, Şvayni noyabr ayında “qırmızı şeytanlar”la 3 oyunda meydana çıxıb və 1 dəfə fərqlənməyə imkan tapıb.