“Mançester Yunayted”in müdafiəçisi “İnter”lə anlaşdı
10.02.2014 - 20:58
“Mançester Yunayted”in müdafiəçisi “İnter”lə anlaşdı

Mövsüm sonu müqaviləsi başa çatacaq olan və klubu “Mançester Yunayted”dən ayrılacağı dəqiqləşən təcrübəli müdafiəçi Nemanya Vidiç karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu “İnter”lə razılığa gəlib.

 

Məlumatlara görə, Vidiç Milan təmsilçisi ilə 2+1 illik müqavilə bağlayacaq.

 

Qeyd edək ki, serbiyalı futbolçu 2006-cı ildə Rusiya “Spartak”ından ingilis klubuna keçib. O, indiyə qədər “qırmızı şeytanlar”la ümumilikdə 287 matça çıxıb və 20 qol vurub.