“Mançester Yunayted”in sahibi öldü
29.05.2014 - 04:25
“Mançester Yunayted”in sahibi öldü

 

“Mançestr Yunayted” futbol klubunun sahibi vəfat edib. Apasport.az saytının məlumatına görə, Malkolm Qleyzerin 85 yaşı olub.

 

Amerikalı biznesmen kluba 2003-cü ildən etibarən pul qoymağa başlayıb. 2005-ci ildə isə “qırmızı şeytanların” səhmlərinin nəzarət paketini əldə edib. “Mançester Yunayted” Malkolm Qleyzerin başçılığı altında 5 dəfə İngiltərə çempionu olub, 3 dəfə İngiltərə Liqası kubokunu, 5 dəfə İngiltərə kubokunu qazanıb, Çempionlar Liqasında və klublararası dünya çempionatında qələbə çalıb.