"Bakı"nın mənə görə "Qarabağ"dan pul tələb etməsi barədə heç nə deyə bilmərəm. Bu, mənə aid deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Namiq Ələsgərov deyib.
Gənc futbolçu əvvəllər şərəfini qoruduğu “Bakı” klubunun onu geri qaytarması və ya kompensasiya ödənməsi ilə bağlı iddiasına cavab verib.
Ələsgərov “Qarabağ”ın rəsmi saytına açıqlamasında sabiq komandasından ayrılmasının da səbəbini açıqlayıb: “Bir şeyi bilirəm ki, mən "Qarabağ"a qanuni şəkildə keçmişəm, heç bir qaydanı pozmamışam. Eşitmişəm ki, məni "Bakı"nı atıb getməkdə günahlandırırlar. Amma məni də başa düşmək lazımdı. Yarım il idi pul almırdım, amma oynayırdım. Daha nə etməliydim ki? Mən də yaşamalıyam, ailəmə çörək pulu qazanmalıyam. Məni günahlandıranlar özləri altı ay pulsuz qalarlar? Mən son ana kimi hər şeyin yaxşı olacağına ümid edib, gözlədim. Amma düzəlmədiyini görüncə özümə klub axtarmağa başladım".