“Məni Pele ilə müqayisə etmək düzgün deyil”
21.05.2014 - 09:06
“Məni Pele ilə müqayisə etmək düzgün deyil”

“Barselona”nın braziliyalı futbolçusu Neymar həmyerlisi Pele haqqında danışıb. Apasport.az xəbər verir ki, o, əfsanəvi futbolçunu özü üçün örnək sayıb: “Məni Pele ilə müqayisə etmək düzgün deyil. O, futbolun kralıdır, amma mən çox gəncəm. Onunla müqayisə olunmağa gəlincə, bu mənə qürur verir. Dünya çempionatında adımıza layiq çıxış etməliyik. Artıq indidən həyəcanlanıram. Dünya birincisi olmaq üçün hər şey etməliyik. Çünki futbol Braziliyanın ruhudur”.