“Mənim favoritim İspaniyadır”
30.05.2014 - 09:35
“Mənim favoritim İspaniyadır”

Braziliya millisinin və Madrid “Real”ının müdafiəçisi Marselo DÇ-2014 üçün favoritlərini açıqlayıb. Apasport.az xəbər verir ki, o, İspaniya millisinin hələ də dünyanın bir nömrəli komanda olduğunu bildirib: “Biz Konfederasiyalar Kubokunda İspaniyaya 3:0 hesabı ilə qalib gəldik. Amma bu, o demək deyil ki, onlar zəifdirlər. Son dünya çempionları hələ də dünyanın bir nömrəsidir. DÇ-2014 üçün əsas favoritim məhz İspaniyadır”.