“Çox həyəcanlıyam və bunu gözlədə bilmirəm” Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.
Bu gün təqdimat mərasimi keçirilən yeni çalışdırıcı tədbirdə çıxış edib: Çünki mənim yerimdə dünyanın istənilən məşqçisi ola bilərdi. “Yuventus”un baş məşqçi postundan istefa verəndən cəmi 35 gün sonra işə başlayacağımı gözləmirdim. Fasilə götürmək və xarici dillər öyrənmək istəyirdim. Yalnız bundan sonra Avropa klublarından təklif gözləyəcəkdim. Amma İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio mənə zəng etdi. Millidə böyük iş görmüş Çezare Prandelliyə təşəkkür edirəm. Ona “Qalatasaray”da uğurlar arzulayıram”.
Qeyd edək ki, İtaliya millisi AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindəndir.