“Məşq etməməyimiz oyunun gedişində özünü göstərdi”
14.09.2014 - 18:20
“Məşq etməməyimiz oyunun gedişində özünü göstərdi”

“Oyun istədiyimiz kimi gedirdi. Erkən qol bizi irəli atdı”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Bakı”nın baş məşqçisi İbrahim Uzuncaya məxsusdur.

 

Türkiyəli mütəxəssis Topaz Premyer Liqasının V turunun “Sumqayıt”a evdə 1:2 hesabı ilə məğlub olmaları haqda fikirlərini açıqlayıb: “Məşq etməməyimiz oyunun gedişində özünü göstərdi. İki səhvdən sonra qollar buraxdıq və uduzduq. Mən uşaqlardan razıyam, qarşıdakı oyunlarda xal, eyni zamanda qələbə də qazanacağıq. Ən qısa zamanda maddi durumun düzələcəyinə inanıram. Biz mübarizə aparan bir komandayıq, amma problemlər də sözünü deyir. İstənilən halda, “Bakı”nın adını qoruyub-saxlamaq üçün çalışırıq. Çatışmazlıqların üzərində çalışmalıyıq”.

 

Qeyd edək ki, “Sumqayıt”a uduzan (1:2) paytaxt təmsilçisinin qələbəsizlik seriyası 4 oyuna çatıb.

 

Mənbə: pfl.az