“Arsenal” futbol klubunun direktoru Lord Harris of Pekhem London klubu rəhbərliyinin Arsen Venqerə transfer üçün böyük büdcə ayıracağını bildirib. Apasport.az saytının məlumatına görə, klub rəsmisi növbəti mövsüm üçün ambisiyalarının böyük olduğunu deyib.
Klub direktoru “Arsenal”ın İngiltərə çempionluğu və Çempionlar Liqasında qalibiyyət barədə düşündüyünü vurğulayıb: “Biz yüksək səviyyəli 2-3 futbolçu alsaq, bu mükafatlar uğrunda mübarizə apara biləcəyik. Biz ikinci, üçüncü, dördüncü olmaq deyil, qalib gəlmək istəyirik. Venqeri dəstəkləyərək, onun istədiyi futbolçuları alacağıq. Venqer “Arsenal”ın transfer rekordunu asanlıqla qıra bilər. Biz futbolçulara 50, 100 və ya 150 milyon funt xərcləyə bilərik. Biz Messi və Ronaldo istisna olmaqla, istənilən futbolçunu almaq gücündəyik”.