“Messisiz sadəcə bir neçə həftə yaşaya bilərik”
27.12.2015 - 20:00
“Messisiz sadəcə bir neçə həftə yaşaya bilərik”

“Barselona”nın prezidenti Xosep Bartameu Messinin onlar üçün nə qədər önəmli bir oyunçu olması haqqında fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yerli mətbuata açıqlama verən prezident argentinalı futbolçunu bütün zamanların ən yaxşısı hesab etdiyini deyib.

 

“Əvvəlcə Yohan Kroyf həm oyunçu, həm də məşqçi kimi, sonra Ronaldinyo, hansı ki ikinci dəfə bizətəbəssüm bəxş etmişdi və indi də Messi. Bu adamlar “Barselona” üçün dəyərlərdi. Mənim üçün Messi bütün futbol tarixinin, dünyanın ən yaxşısıdı. O olmasa bizim komanda sadəcə bir neçə həftə yaşaya bilər” – deyə Bartameu “sport.es”ə bildirib.