“Metallurq”dan Azərbaycan yığmasına
26.12.2014 - 13:10
“Metallurq”dan Azərbaycan yığmasına

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri 2015-ci ili Türkiyə toplanışı ilə başlayacaq.

 

Belə ki, millimiz yanvarın 10-dan 24-ə qədər qonşu ölkədə hazırlıq keçəcək. Toplanış Türkiyənin Antalya şəhərində baş tutacaq.

 

Hazırlıqlarda 24 oyunçu iştirak edəcək. Onlar arasında Ukraynada Donetsk “Metallurq”unda çıxış edən Emin səfixanov da var: Kamran İbrahimov, Elçin Əsədov, Aslan Bədəlzadə, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Sahib Cümşüdov, Ərziman Rizvanov (hər ikisi “Sumqayıt”), Yusif Həsənov, İbrahim Qədirzadə (hər ikisi “Xəzər Lənkəran”), Məmməd Hüseynov, Süleyman Əhmədov, Nemət Məmmədrəhimov (hamısı “Qarabağ”), Nadir Qasımov, Ceyhun Muxtarlı (hər ikisi “İnter”), Abbas Ağazadə, Məhərrəm Hacıyev (hər ikisi “Turan”), İlham Rəhimov, Tural Əjdərli, Aqşın Hüseynov, Cavidan Qasımlı, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Emin Səfixanov (“Metallurq”, Donetsk, Ukrayna), Samir Əliyev (“Bakı”), Ricat Qarayev (“Əlincə”).

 

Qeyd edək ki, yığmamızın yoxlama matçları keçirməsi də nəzərdə tutulub.