“Milan” “Atletiko” qarşısına Robinyosuz çıxacaq
10.02.2014 - 23:33
“Milan”ıın təcrübəli hücumçusu Robinyo Çempionlar Liqasının 1/8 finalındakı “Atletiko” (Madrid) ilə ilk matçda komandasına kömək edə bilməyəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, 30 yaşlı futbolçu İtaliya A Seriyasının XXIII turundakı “Napoli” matçında sol ayağından zədələnib.
Qeyd edək ki, “Milan” – “Atletiko” qarşılaşması fevralın 19-da İspaniyada keçiriləcək.
0
0