“Milan” “Liverpul”un futbolçusunu aldı
17.01.2015 - 15:40
“Liverpul”un yarımmüdafiəçisi Suso “Milan”la anlaşıb. Apasport.az xəbər verir ki, “qırmızılar”la müqaviləsi mövsümün sonuna qədər olan 22 yaşlı futbolçu İtaliya klubu ilə 4,5 illik müqaviləyə qol çəkib.
“Milan”ın yeni transferi artıq ilk təəssüratlarını da bölüşüb: “Sevinirəm ki, hazırda “Milan”ın futbolçusuyam. Belə nəhəng klubda oynamaq şərəf olar. Mənim üçün burda yeni tarix açılır”.
Qeyd edək ki, “Liverpul” Susonu 2010-cu ildə “Kadiz”dən transfer etmişdi.
0
0