“Milan” “Napoli” matçına Hondasız çıxacaq
07.02.2014 - 23:58
“Milan” “Napoli” matçına Hondasız çıxacaq

“Milan”ın ulduz futbolçusu Keysuke Honda növbəti oyunda komandasına kömək edə bilməyəcək. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin mədəsində ağrı meydana gəlib.

 

Bu səbəbdən də, baş məşqçi Klarens Zeedorf sabahkı “Napoli” matçında yapon futbolçunun xidmətindən faldalana bilməyəcək. Onun növbəti turlarda yaşıl meydana qayıdacağı deyilir. 

 

Qeyd edək ki, ötən ilin sonu Rusiya MOİK-i ilə müqaviləsi başa çatan Honda azad agent olaraq İtaliya təmsilçisinə keçib.