“Milan” Ançelottini qaytarmaq istəyir
22.05.2014 - 02:41
İtaliyanın “Milan” klubunun rəhbərliyi Karlo Ançelottini qaytarmaq üzərində ciddi şəkildə düşünür. Apasport.az saytının məlumatına görə, “Real Madrid” Çempionlar Liqasının finalında “Atletiko Madrid”ə qalib gələ bilməsə, 54 yaşlı mütəxəssis komandanı tərk edə bilər.
Ançelottidən əlavə, Klarens Zeedorfu “Milan”ın baş məşqçisi postunda Luçano Spaletti, Roberto Donadoni və Vinçenso Montella əvəz edə bilər.
Qeyd edək ki, Ançelotti “Milan”la üç dəfə Çempionlar Liqasının finalına çıxıb və bu qarşılaşmalardan ikisindən qalib ayrılıb.
0
0