Çempionlar Liqası və klublar arası dünya kubokunun qalibi”Real” “Milan”la yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, hər iki komanda üçün 2014-cü ilin son matçı Dubay şəhərində baş tutub.
Qarşılaşmada İtaliya təmsilçisi 4:2 hesabı ilə madridliləri məğlub edib.
“Real”ın heyətində Kriştianu Ronaldo (35) ilə Kərim Benzema (84-pen) fərqlənib. “Milan”da isə qolları Jeremi Menez (24), Stefan Əl-Şəəravi (dubl – 31; 48) və Campaolo Passini (73) vurub.
Qeyd edək ki, matçda Toni Kroos (70), Karvahal (72) və Pepe (72) sarı vərəqə ilə cəzalandırılıb.
Yoldaşlıq oyunu
30 dekabr
“Real” (Madrid, İspaniya) – “Milan” (Milan, İtaliya) - 2:4
Qollar: Ronaldo, 35, Benzema, 84-pen - Menez, 24, Əl-Şəəravi, 31; 48, Passini, 73