“Milan” Əl-Şaravini satdı
11.07.2015 - 13:36
“Milan”ın hücumçusu Stefan Əl-Şaravi karyerasını Fransada davam etdirəcək. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, 23 yaşlı hücumçu “Monako” ilə anlaşıb.
İtaliya millisinin forvardı artıq “Milan”la sağollaşaraq, Monakoya yollanıb. Klublar arasındakı razılığa görə, fransızlar bu keçid üçün 16 milyon avro ödəyəcəklər. “Monako” ilə 5 illik müqavilə imzalayan Əl-Şaravinin illik məvacibi isə 3 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Stefan Əl-Şaravi “Milan”a 2011-ci ildə “Cenoa”dan keçmişdi.
0
0