“Milan” Essyenin transferini reallaşdırdı
24.01.2014 - 22:45
“Çelsi”nin futbolçusu Maykl Essyen karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Apasport.az saytının xəbərinə görə, “Milan” 31 yaşlı yarımmüdafiəçini heyətinə qatıb.
Klub saytında yer alan rəsmi məlumatda bildirilir ki, qanalı futbolçu bu gecə Milanda olacaq. “Rassionerlər”in Essyenlə 1,5 illik müqavilə bağlayacağı deyilir.
Qeyd edək ki, Qana millisinin üzvü 2005-ci ildə Fransa təmsilçisi “Lion”dan ingilis klubuna transfer olunub. O, ötən mövsümü icarə əsasında Madrid “Real”ında keçirib.
0
0