Hazırda icarə əsasında “Fulhem”də çıxış edən KPR-in futbolçusu Adel Taarab karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “Milan” bu keçidlə bağlı ingilis klubu ilə razılığa gəlib.
Anlaşmaya əsasən, 24 yaşlı yarımmüdafiəçi mövsüm sonuna qədər İtaliya təmsilçisində icarə əsasında forma geyəcək və “rassionerlər” istərsə, onun müqaviləsini əldə edə biləcək. Bu keçidin əvəzində “Milan”ın müdafiəçisi Kristian Cakkardo mövsüm sonuna qədər “Fulhem”də çıxış edəcək.
Qeyd edək ki, Mərakeş millisinin də üzvü olan Taarab bu yay mövsüm sonuna qədər “Fulhem”ə icarəyə göndərilmişdi. O, cari mövsüm İngiltərə Premyer Liqasında 12 matça çıxıb və 1 məhsuldar ötürmə ilə fərqlənib.