“Milan” PSJ-li futbolçuya elçi düşüb
07.02.2014 - 22:44
PSJ-nin futbolçusu Aleks Rodriqo karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Apasport.az-ın məlumatına görə, bu barədə “Sport Mediaset” xəbər yayıb.
Belə ki, “Milan” 31 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir. “Rossonyerlər”in yeni baş məşqçisi Klarens Zeedorfun da ciddi şəkildə maraqlandığı braziliyalı üçün Paris klubuna təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, Aleks 2012-ci ildə London “Çelsi”sindən Fransa klubuna keçib.
0
0