“Milan” Qalliani ilə vidalaşmağa hazırdır
27.05.2014 - 20:56
“Milan” Qalliani ilə vidalaşmağa hazırdır

 

“Milan”ın vitse-prezidenti və klubun sahibi Silvio Berluskoninin qızı Barbara Berluskoni klubun idman direktoru Adriano Qallianiyə əvəz tapıb. Apasport.az saytının məlumatına görə, bu post “Atletiko Madrid”in idman direktoru vəzifəsində çalışan Andrea Berteyə təklif edilə bilər.

 

Barbara Berluskoni ümid edir ki, Andrea Bertenin təcrübəsi heyətdə yenidənqurma aparmağa kömək edəcək və bu da “Milan”ın yeni mərhələyə çıxmasına yardımçı olacaq.

 

Xatırladaq ki, klubun azarkeşləri bir neçə dəfə Qalliani əleyhinə aksiya keçiriblər. Silvio Berluskoni isə Qallianini maliyyə vəsaitlərindən düzgün istifadə etməməkdə günahlandırıb.