“Milan”da Torres səsləri
28.08.2014 - 05:38
“Milan”da Torres səsləri

Yay transfer mövsümünün bitməsinə sayılı günlər qaldığı bir vaxtda Milanda Torres səsləri eşidilməyə başlayıb. Apasport.az saytının məlumatına görə, “Milan” klubunun vitse-prezidenti Adriano Qalliani transfer mövsümü bitmədən “Çelsi”nin hücumçusunu almaq istədiklərini təsdiq edib.

 

Qeyd edək ki, Mario Balotellinin komandadan ayrılmasından sonra baş məşqçi Filippo İnzaqinin Torresi istədiyi bildirilirdi. Qalliani isə jurnalistlərə açıqlamasında xəbəri təsdiq edib: “Transferin son günlərində yaxşı hücumçu almaq istəyirik. Torresin adı onların arasndadır. Ya onu, y da başqasını alacağıq”.