“Milan”ın hücumçusuna 2 təklif
16.02.2016 - 18:22
“Milan”ın kolumbiyalı hücumçusu Karlos Bakka mövsümün sonunda İtaliyanı tərk edə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə bir neçə klub yaxından maraqlanır.
Bakkanı transfer etməkdə 2 klub daha israrlıdı. Söhbət Madrid “Real”ı və “Çelsi”dən gedir. Həm “qalaktikos”, həm də “zadəganlar” indidən Bakkanı razı salmağa çalışırlar. Lakin futbolçu gələcək karyerası ilə bağlı hələ qərar verməyib.
Qeyd edək ki, Bakka “Milan”a ötən il “Sevilya”dan transfer olunub. O, “rossonyerlər”in heyətində ümumilikdə 28 oyunda 15 qola imza atıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0