“Milan”la oyun öncəsi “Yuventus”da ciddi itkilər
18.11.2015 - 22:39
“Yuventus” İtaliya A seriyasının növbəti turunda qarşılaşacağı “Milan”la oyuna ciddi itkilərlə hazırlaşır. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, milli komandaların düşərgəsindən zədəli dönən Canluici Buffon, Ştefan Lixtştayner və Mario Mancukiç məşqlərə qatılmırlar.
Onların “Milan”la oyunu buraxacağı da istisna olunmur.
Qeyd edək ki, Buffon İtaliya millisi ilə Rumınyaya, Lixtştayner İsveçrə ilə Avstriyaya, Mancukiç isə Xorvatiya yığması ilə Rusiyaya qarşı matçlarda çıxış edib.
0
0