[b]“Yığmadan bu il 1 oyun uduzub, 1 oyun udmağı gözləyirəm”[/b]
05.01.2015 - 09:35
[b]“Yığmadan bu il 1 oyun uduzub, 1 oyun udmağı gözləyirəm”[/b]

“1979-cu ildə anadan olduğumdan, “qoyun ili” mənim ilim sayılır. Açığı, bu ilin mənim üçün düşərli olub-olmadığına diqqət etməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Ceyhun Sultanov deyib.

 

“Sumqayıt”ın baş meneceri cari ildə Azərbaycan millisi və klublardan uğurlu nəticə gözlədiyini bildirib: “Yığma bu il ən azı baxımlı futbol sərgiləməlidi. Çünki ötən il bunun şahidi olmadıq. İndi komandanın yeni baş məşqçisi var və inanıram ki, Robert Prosineçkinin komandası hücum futbolu nümayiş etdirəcək. Millidən bu il 1 oyun uduzub, 1 oyun udmağı gözləyirəm. Ardıcıl məğlubiyyətlər insanları bezdirir. Qələbə də qazanmaq lazımdı. Klublarımızdan isə Avrokubokda uğurlu çıxış etməyi, “Qarabağ”dan da yaxşı nəticə göstərib, qrupdan çıxmağı gözləyirəm”,