“Monako” 21 yaşlı futbolçu aldı
11.07.2015 - 21:46
“Monako” 21 yaşlı futbolçu aldı

Fransanın “Monako” klubu növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, knyazlıq klubu “Benfika”nın yarımmüdafiəçisi Helder Kostanı heyətinə qatıb.

  

Bu barədə klubun rəsmi saytından məlumat verilib.

 

Portuqaliyalı futbolçunun “Monako”ya keçidi icarə əsasında baş tutub.

 

Xatırladaq ki, gənc futbolçu ötən mövsümü də icarə əsasında “Deportivo”da keçirmişdi.