“Monako” hücumçusu ilə müqaviləni yenilədi
27.01.2014 - 20:53
“Monako” hücumçusu ilə müqaviləni yenilədi

Fransa təmsilçisi “Monako” hücumçusu Antoni Martialla müqaviləni yeniləyib. Apasport.az saytının xəbərinə görə, bu barədə klubun mətbuat xidmətindən yerli KİV-ə məlumat verilib.

 

Belə ki, rəhbərlik 18 yaşlı futbolçunun cari mövsümün sonunda başa çatacaq sözləşməsini 2018-ci ilə qədər uzadıb.

 

Qeyd edək ki, Fransa millisinin aşağı yaş qrupları üzrə komandalarında da çıxış edən gənc forvard ötən il “Lion”dan “Monako”ya keçib. O, cari mövsüm Liqa 1-də 6 matça çıxıb və 2 qol, bir məhsuldar ötürmə ilə fərqlənib.