“Monako” məşqçisini buraxmadı
07.06.2017 - 21:32
“Monako” məşqçisini buraxmadı

“Monako” baş məşqçi Leonardo Jardimlə müqavilə müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, yeni anlaşma 2020-ci ilə kimi nəzərdə tutulub.

 

Portuqaliyalı mütəxəssislə yeni müqavilənin maddi tərəfləri haqqında rəsmi bir məlumat verilməyib, ancaq Fransa mətbuatı iddia edir ki, məşqçi illik 4.5 milyon avro qazanacaq.

 

Qeyd edək ki, 2014-cü ildən “Monako”da işləyən Jardimlə Çin klublarının maraqlandığı, hətta “Beyjinq Qoan”ın portuqaliyalı üçün illik 12 milyon avro təklif etdiyi bildirilmişdi.