“Monako”nun futbolçusu: “Qarabağ”ı Bakıda da məğlub etsək...
23.10.2015 - 08:50
“Monako”nun futbolçusu: “Qarabağ”ı Bakıda da məğlub etsək...

“Cari mövsüm Avropa Liqasında rəqabət çox böyükdü. Bizim üçün bu turnirdə iştirak böyük önəm kəsb edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransanın “Monako” klubunun futbolçusu Andrea Raqqi deyib.

 

O, Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ”la ev oyunu haqda fikirlərini açıqlayıb: “Biz bu turnirdə mümkün qədər irəliləmək niyyətindəyik. Bacardığımız qədər yaxşı nəticə qazanmalıyıq. Düşünürəm ki, cari mövsümdə ciddi uğur qazana bilərik. Zarafat etmirəm. Həqiqətən də oyundan-oyuna artırıb, nəticə verə bilərik. “Qarabağ”ı ilk oyunda olduğu kimi Bakıdakı matçda da məğlub etsək, 1/16 finala bir addım da yaxınlaşacağıq”.

 

Qeyd edək ki, “Monako” – “Qarabağ” oyununda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.