“Müdafiədə yaxşı oynayırıq, hücumda isə çətinlik çəkirik”
08.03.2015 - 20:36
"Birinci hissəyə çox pis başladıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.
O, Topaz Premyer Liqasının XXV turu çərçivəsində səfərdə “Qəbələ”yə 2:0 hesabı ilə uduzmalarına şərh verib: “İkinci hissədə toparlanıb oyunda tarazlıq yaratdıq. Amma qol vura bilmədik. Müdafiədə yaxşı oynayırıq, hücumda isə çətinlik çəkirik. Bunun üzərində işləmək lazımdı. "Qəbələ"yə uğurlar arzulamaq istəyirəm".
0
0