“Sumqayıt” məni göndərir? Kim deyir bunu? Mənim heç nədən xəbərim yoxdu. Tovuzda istirahət edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Vurğun Hüseynov deyib.
Azərbaycan yığmasının sabiq üzvünün “Sumqayıt”dan göndəriləcəyi ilə bağlı məlumat yayılıb. Buna münasibət bildirən Hüseynov məsələyə sabah aydınlıq gətirəcəyini qeyd edib: “Mənə heç kim heç nə deməyib. Nə rəhbərlik, nə də baş məşqçi. Belə söhbətin olduğunu ilk dəfə sizdən eşidirəm. Sabah Bakıya qayıdacam. Gələn kimi “Sumqayıt” rəhbərliyi ilə görüşüb məsələyə aydınlıq gətirməyə çalışacam. Müqaviləm varsa, “Sumqayıt” mənimlə necə vidalaşa bilər?”
Karyerası ərzində “Turan” və “Qəbələ” klublarının da formasını geyinən Vurğun 2013-cü ildən “Sumqayıt”da çıxış edir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı