“Mütləq qalib gəlməliyik”
22.10.2015 - 08:56
“Mütləq qalib gəlməliyik”

“Qarabağ”la qarşılaşma bizim üçün böyük sınaqdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransanın “Monako” klubunun futbolçusu Daniel Subaşiç deyib.

 

Xorvatiyalı qapıçı Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ”la bugünkü qarşılaşması haqda fikirlərini açıqlayıb. O, qələbənin vacibliyini vurğulayıb: “Turnir cədvəlindəki vəziyyətimiz elədi ki, bu matçda mütləq qalib gəlməliyik. Biz ən yaxşı formamızı yığmışıq. Fransa çempionatının son turunda da ən yaxşı oyunumuzu nümayiş etdirdik. “Lion”a qalib gəlsəydik, özünəinam hissimiz artacaqdı. Bunu bacarmasaq da, “Qarabağ”la görüş öncəsi əla oynadıq. Bugünkü oyunda da eyni futbolu göstərsək, qalib gələcəyik”.

 

Qapıçı “Qarabağ” haqda da danışıb: “Rəqibimiz yaxşı komandadı. Heyətində xeyli sayda braziliyalı oyunçu var. Amma biz də kiçik komanda deyilik. Ötən mövsüm Çempionlar Liqasının 1/4 finalınadək irəliləmişik”.