“Napoli” əlcəzairli futbolçu ilə müqavilə bağladı
31.01.2014 - 21:08
“Napoli” əlcəzairli futbolçu ilə müqavilə bağladı

“Sent-Etyen”in gənc müdafiəçisi Fauzi Qulam karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Apasport.az klub saytına istinadən xəbər verir ki, “Napoli” 22 yaşlı futbolçunu heyətinə qatıb.

 

Əlcəzairli futbolçu tibbi müayinədən keçdikdən sonra İtaliya təmsilçisi ilə 4.5 illik müqavilə bağlayıb. O, yeni komandasında 13 nömrəli formanı geyəcək. Bu keçidin 6 milyon avroya reallaşdığı deyilir.

 

Qeyd edək ki, Əlcəzair millisinin də üzvü olan Qulam  1999-cu ildən Fransa klubunun formasını geyir.