“Napoli” hücumçusunu rəsmən göndərdi
24.01.2014 - 05:18
“Napoli”nin futbolçusu Eduardo Varqas karyerasını İspaniya La Liqasında davam etdirəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
Belə ki, 24 yaşlı hücumçu “Valensiya” ilə müqavilə bağlayıb. Sözləşməyə görə, o, cari mövsümün sonuna qədər yeni komandasında icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Çili millisinin də üzvü olan Varqas 2011-ci ildə ölkəsinin “Universidad de Çili” klubundan İtaliya təmsilçisinə keçib.
0
0