“Napoli”nin hədəfindəki “Qalatasaray”lı
11.02.2014 - 03:57
“Napoli”nin hədəfindəki “Qalatasaray”lı

“Qalatasaray”ın gənc müdafiəçisi Semih Kaya karyerasını İtaliya A seriyasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçunun meneceri Fazıl Özdəmir məlumat verib.

 

İtaliyada olan və yerli mətbuata danışan Özdəmir “Napoli”nin Semihi heyətinə qatmaq istədiyini deyib. O, hələlik bu barədə təklif almadıqlarını, amma “ağ-mavilər”in 22 yaşlı futbolçu ilə ciddi şəkildə maraqlandığını bildirib.

 

Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Semih “Qalatasaray” futbol məktəbinin yetirməsidir. Onun İstanbul klubu ilə 2016-cı ilə qədər müqaviləsi var.