“Neftçi” - “Simurq” oyununun yeri və saatı dəyişdirildi
01.02.2014 - 14:48
Sabah Topaz Premyer Liqasının XIX turu çərçivəsində “Bakcell Arena” stadionunda keçirilməli olan “Neftçi” – “Simurq” oyununun yeri və başlama saatı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, matç İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
Görüşün yerinin dəyişdirilməsinə səbəb “Bakcell Arena”nın qarşılaşmaya hazır olmamasıdır.
Matç öncədən təyin edildiyi kimi saat 15:30-da deyil, 14:00-da başlayacaq.
0
0