“Neftçi” 3-cü oyunda da məğlub oldu
23.01.2015 - 17:43
“Neftçi” 3-cü oyunda da məğlub oldu

Antalya hazırlığını davam etdirən “Neftçi”nin əvəzedici komandası 3-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Rusiyanın “Dinamo” (Moskva) klubunun U-23 komandası ilə qarşılaşıb.

 

Antalyadakı ilk iki oyununda uduzan bakılılar bu dəfə də meyfanı məğlub tərk edib – 1:2. Maraqlıdı ki, bu dəfə də “ağ-qaralar” uduzduğu oyunda 1 qol vurub.

 

Qeyd edək ki, “Neftçi” ilk oyununda Braziliyanın “Sao Karlos” klubuna 1:3, ikinci sınağında Rusiya təmsilçisi “Rubin-2”yə 1:4 hesabı ilə uduzmuşdu.