“Neftçi” 3-cü transferini açıqladı
15.01.2015 - 13:34
“Neftçi” Rəhman Hacıyevin transferini rəsmiləşdirib. Klubdan apasport.az saytına verilən məlumata görə, gənc futbolçu ilə 3,5 illik müqavilə bağlanıb. Bu, “Neftçi”nin qış fasiləsində 3-cü transferi olub. “Ağ-qaralar” bundan öncə Aqil Məmmədov və Rauf Əliyevi heyətlərinə qatmışdılar.
Qeyd edək ki, “Bakı”nın yetirməsi olan Rəhman Hacıyev ilk dövrəni icarə əsasında Türkiyənin “Qaziantep BB” klubunda keçirib.
0
0