“Neftçi” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
15.10.2015 - 16:00
“Neftçi” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının VIII turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çempionatın liderləri sırasında yer alan “Qarabağ”la “Zirə”nin oyunu Ramil Diniyevə tapşırılıb.

 

“Neftçi” ilə “Qəbələ” arasında turun digər mərkəzi oyununda FİFA referisi Rəhim Həsənov fit çalacaq. Eyni statusa malik digər hakim Orxan Məmmədov “Rəvan” – “Kəpəz” görüşünü idarə edəcək.

 

Topaz Premyer Liqası
 

VIII tur

 

16 oktyabr (cümə)

20:30. “Rəvan” – “Kəpəz”
Hakimlər:Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Munis Abdullayev
“Bayıl Arena”

 

17 oktyabr (şənbə)

15:30. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

 

18:00. “Qarabağ” – “Zirə”
Hakimlər:Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

 

18 oktyabr (bazar)

18:00. “Xəzər Lənkəran” – AZAL
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov
“Xəzər Lənkəran” mərkəzi stadionu

 

20:00. “Sumqayıt” – “İnter”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev
“Kapital Bank Arena”

 

0