Topaz Premyer Liqasının 2013/14 mövsümündə hakimlər 59 qırmızı vərəqə göstərib. Apasport.az saytının məlumatına görə, bunlardan ikisi – “Neftçi”nin futbolçuları Araz Abdullayevlə Mirhüseyn Seyidova verilən cəzalar sonradan ləğv olunub.
180 qarşılaşmada qeydə alınan digər 57 “qırmızı” isə 9 klubun payına düşür.
Belə ki, Azərbaycan çempionu “Qarabağ” mövsümü belə cəza almadan başa vurub. Gümüş mükafatçı “İnter” də intizamı ilə öyünə bilər – 1 qırmızı vərəqə.
Ən intizamsız komanda isə “Neftçi”dir. Bakılılar ləğv olunan qırmızı vərəqələrsiz 11 dəfə belə cəza alıb. “Ağ-qaralar” bu göstəricidə autsayderlər “Sumqayıt” və “Rəvan”ı arxada qoymağı bacarıb. Bu cütlük hərəyə 9 dəfə cəzalanıb.
Qırmızı vərəqələr klublar üzrə: “Neftçi” – 11, “Rəvan”, “Sumqayıt” – hərəsi 9, AZAL – 8, “Bakı” – 6, “Simurq”, “Qəbələ” – hərəsi 5, “Xəzər Lənkəran” – 3, “İnter” – 1, “Qarabağ” – 0.