"Böyük oyun" qalmaqalla yekunlaşdı: 4 qol, 4 qırmızı vərəqə!
09.02.2014 - 17:55
"Böyük oyun" qalmaqalla yekunlaşdı: 4 qol, 4 qırmızı vərəqə!

Bu gün keçirilən 2 oyunla Topaz Premyer Liqasında XX tura yekun vurulub. Apasport.az saytının xəbərinə görə, əyalətdə baş tutan qarşılaşmaların heç birində meydan sahibləri qalib gələ bilməyiblər.

İlk görüş Zaqatalada reallaşıb. “Simurq”un qonağı olan “Bakı” Rauf Əliyevin ilk yarıda vurduğu qolla qalib gəlib. Xalını 33-ə çatdıran paytaxt təmsilçisi liderləri izləməkdə davam edir. 

Digər qarşılaşma əzəli rəqiblər  - “Xəzər Lənkəran” və “Neftçi” arasında baş tutub. Lənkəranda keçirilən oyun 4 qol və 4 qırmızı vərəqə ilə əlamətdar olub.

Mustafa Dənizlinin gəlişindən sonra uduzmayan cənublular məğlubiyyətdən son anda qurtulublar. Belə ki, qonaqlar matçın gedişində 2:0 hesabı ilə öndə olsalar da, qələbəni  qoruya bilməyiblər. Meydana sonradan daxil olan Junior Nildo 90, Adrian Skarlatake isə 90+2-ci dəqiqədə fərqlənib.

Yeri gəlmişkən, bərabərlik qolundan sonra Lənkəran stadionunda ara qarışıb. Nəticədə, son dəqiqələrdə qonaqların futbolçusu Tərlan Quliyevə qırmızı vərəqə göstərən baş hakim Rəhim Həsənov əlavə vaxtda Bruno Bertuççi, Karlos Kardoso və  Ağabala Ramazanovu da meydandan qovub.

 

9 fevral (bazar)

 

 “Xəzər Lənkəran” – “Neftçi” - 2:2  

Qollar: Junior Nildo, 90; Adrian Skarlatake, 90+2 - Tyeqo, 9 (avtoqol); Araz Abdullayev, 52

Qırmızı vərəqələr: Tərlan Quliyev (ikinci sarı vərəqə, 90); Bruno Bertuççi (90+4), Karlos Kardoso (90+4),  Ağabala Ramazanov (90+4)

İlk iki dövrədəki oyunlar: 0:0, 1:4

 “Xəzər Lənkəran” mərkəzi stadionu

1.Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tiqeo de Xesus, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Deyan Blajevski, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Etame Mbilla. 22. Deyvid Sakkoni, 27. Adrian Skarlatake

Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 4. Alvaro Silva, 12. Junior Nildo, 23. Nikola Qliqorov, 30. Elias Ribeyro, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov,

Baş məşqçi: Mustafa Dənizli

“Neftçi”: 30. Saşa Stamenkoviç 2. Karlos Kardoso, 3. Denis Silva, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavio Aleks Valensio, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 90. Ernest Nfor

Ehtiyat oyunçular: 1. Pavels Doroşevs, 5. İqor Mitreski, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 14. Bahodır Nasimov, 19. Mirhüseyn Seyidov. 21. Samir Məsimov

Baş məşqçi: Böyükağa Hacıyev

 

“Simurq” – “Bakı” - 0:1 

 Qol: Rauf Əliyev, 18

İlk iki dövrədəki oyunlar: 0:3, 2:3 

Zaqatala şəhər stadionu

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 5. Anderson Olivyera, 7. Ruslan Poladov, (k), 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 20. İdan Vaytsman, 26. Benjamin Lambot. 30. Raul Kostin. 77. Nicat Qurbanov 
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 8. Patrik Osiako. 16. Məhərrəm Hüseynov. 21. Murad Səttarlı. 22. Salif Ballo
Baş məşqçi: George Çixradze

“Bakı”: 1. Aqil Məmmədov, 3. Yure Travner, 4. Mario Alvarez, 8. Cavid Hüseynov. 11. Rauf Əliyev (k), 12. Araujo Santos, 16. Xavyer Junior, 17. Risto Ristoviç, 23. Lukas Mario Horvat, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev

Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 2. Deyvidas Çesnauskis. 7. Əfran İsmayılov, 10. Aleksandar Soliç, 21. Elvin Məmmədov, 22. Namiq Ələsgərov, 27. Eltun Hüseynov
Baş məşqçi: Milinko Pantiç

 

8 fevral

“Qəbələ” – “Qarabağ”  0:1

Qol: Reynaldo Silva, 74

“Rəvan” – “İnter” - 1:2

Qollar: Oke Akpoveta, 58 - Aleksandr İaşvili, 17; Vaqif Cavadov, 90+4 (p)

AZAL – “Sumqayıt” - 2:2 

Qollar: Nedo Turkoviç, 45; Viktor İqbekoyi, 80 - Tərzin Cahangirov, 59; Pərdis Fərcad-Azad, 90 (p)

 

komanda

o

q

h

m

t

x

1

Qarabağ

20

11

6

3

32-12

39

2

Neftçi

20

11

5

4

32-21

 38

3

Qəbələ

20

12

2

6

30-17

38

4

İnter

20

10

3

7

31-23

33

5

Bakı

20

10

3

7

35-22

33

6

Xəzər L

20

6

8

6

19-26

26

7

Simurq

20

6

7

7

19-18

25

8

AZAL

20

6

7

7

20-27

25

9

Rəvan

20

1

6

13

11-39

9

10

Sumqayıt

20

1

5

14

13-37

8

Bombardir: Vaqif Cavadov (“İnter”) – 10.