“Neftçi” AFFA-nın qərarı ilə razılaşmadı
11.02.2014 - 20:06
“Neftçi” AFFA-nın İntizam Komitəsinin “Xəzər Lənkəran” – “Neftçi” oyunu ilə bağlı çıxardığı bəzi qərarlarla razılaşmır. Apasport.az klub saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi bununla əlaqədar olaraq AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət edəcək. Bu haqda ictimaiyyətə geniş məlumat veriləcək.
Qeyd edək ki, Lənkəran şəhər stadionunda keçirilən qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatmışdı. Həmin matçdakı hadisələr görə, “ağ-qaralar” 30200 manat cərimələnib, klubun 4 futbolçusu cəzalandırılıb.
0
0