“Neftçi” avrokuboklarda 50-yə çatır
27.08.2014 - 08:33
“Neftçi” avrokuboklarda 50-yə çatır

Avropa Liqasının pley-off mərhələsinin sabah keçiriləcək oyunu “Neftçi” üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən titullu klubu avrokuboklarda 50-ci matçına çıxacaq.

 

Yubiley oyunu Serbiya “Partizan”ı ilə Bakıdakı qarşılaşmaya təsadüf edəcək. Səfərdə rəqibinə 2:3 hesabı ilə uduzan Böyükağa Hacıyevin yetirmələri əlamətdar hadisəni qələbə və qrupa vəsiqə ilə qeyd etməlidir.

 

“50”yə çatan ilk Azərbaycan klubu olacaq “Neftçi” indiyədək avrokuboklarda 49 oyun keçirib. Hesabında 14 qələbə və 13 heç-heçə olan komanda 22 dəfə məğlub olub. 46 qol vuran bakılılar 78 dəfə topu qapısında görüb. Paytaxt təmsilçisi 50-ci oyunda 15-ci qələbəni qazansa, yubileyə yubiley qatmış olacaq.

 

“Neftçi” azsaylı klublardan biridir ki, qitə miqyaslı bütün turnirlərdə iştirak edib. Avrokuboklarda 14-cü mövsümünü keçirən “Neftçi” 6 dəfə Çempionlar Liqası, 1 dəfə Kuboklar Kuboku, 1 dəfə İntertoto kubokunda çıxış edib. 6-cı dəfə yarışa Avropa Liqasında (əvvəlki UEFA kuboku) başlayan “ağ-qaralar” daha bir dəfə bu turnirə Çempionlar Liqasından gəlib. Tarixinin ən uğurlu nəticəsini də həmin mövsüm əldə edən “Neftçi” qitənin ən nüfuzlu klub turnirində uduzduqdan sonra Avropa Liqasının qrupuna düşmüşdü.

 

turnir

Mövsüm

O

Q

H

M

T/F

X

Çempionlar Liqası

6

18

5

5

8

14-32

20

Kuboklar Kuboku

1

2

0

1

1

0-3

1

Avropa Liqası/ UEFA kuboku

7

23

6

6

11

23-33

24

İntertoto kuboku

1

6

3

1

2

7-7

10

cəmi

14

49

14

13

22

46-78

55

 

“Neftçi” avrokuboklarda ilk matçını 19 il əvvəl keçirib. 1995-ci il avqustun 10-da təmsilçimiz Kiprdə APOEL-in qonağı olub. Kuboklar kubokuna təsadüf edən debüt 0:3 hesablı məğlubiyyətlə tarixə düşüb.

 

mövsüm

turnir

O

Q

H

M

T/F

X

1995/96

Kuboklar Kuboku

2

0

1

1

0-3

1

1996/97

UEFA kuboku

2

1

0

1

2-7

3

1997/98

Çempionlar Liqası

2

0

0

2

0-10

0

1999/2000

UEFA kuboku

2

0

0

2

2-4

0

2000/01

UEFA kuboku

2

1

0

1

2-3

3

2001/02

UEFA kuboku

2

0

1

1

0-1

1

2004/05

Çempionlar Liqası

4

1

1

2

2-4

4

2005/06

Çempionlar Liqası

4

3

0

1

5-6

9

2007/08

UEFA kuboku

2

1

0

1

3-4

3

2008/09

İntertoto

6

3

1

2

7-7

10

2011/12

Çempionlar Liqası

2

0

1

1

0-3

1

2012/13

Çempionlar Liqası

4

1

2

1

7-8

5

 

Avropa Liqası

2

1

1

0

4-2

4

 

Avropa Liqası

(əsas mərhələ)

6

0

3

3

4-8

3

2013/14

Çempionlar Liqası

2

0

1

1

0-1

1

2014/15

Avropa Liqası

5

2

1

2

8-7

7