“Neftçi” AZAL önünə itkilərlə çıxacaq
23.02.2015 - 12:27
“Neftçi” AZAL önünə itkilərlə çıxacaq

“Neftçi” Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL-la oyuna hazırlığını bu gün başa vuracaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Arif Əsədov bu qarşılaşmada heç də tam heyətə şans verə bilməyəcək.

 

“Qəbələ” ilə XXII tur matçında zədələnən vitse-kapitan Mirhüseyn Seyidov sabahkı görüşü də buraxmalı olacaq. Onunla yanaşı, son məşqlərin birində zədə alan gənc hücumçu Rəhman Hacıyev də “təyyarəçilər”lə oyunda komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, AZAL - “Neftçi” görüşü sabah saat 15:00-da başlayacaq.