“Neftçi” bombardiri ilə müqavilə bağlamadı
26.05.2014 - 16:59
“Neftçi” bombardiri ilə müqavilə bağlamadı

Ölkəmizi Avroliqanın II təsnifat mərhələsindən etibarən təmsil edəcək “Neftçi”də 2 futbolçunun gedişi təsdiqlənib. Apasport.az saytının klubun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadədən aldığı məlumata görə, makedoniyalı müdafiəçi İqor Mitreski və özbəkistanlı Bahodir Nasimovla yeni müqavilə bağlanılmayıb.

 

Latviyalı qapıçı Pavel Doroşev isə yol üstündədir. Əgər “Araz Naxçıvan”da icarə əsasında çıxış edən və hazırda yığma ilə ABŞ-da olan Emil Balayev “Neftçi”yə qayıtsa, o zaman Paveli saxlamağa lüzum qalmayacaq.

 

Bundan başqa, paraqvaylı Erik Ramos və Mahir Şükürovun müqavilələrinin müddəti başa çatıb.  

 

Qeyd edək ki, cari mövsüm daha çox zədələrlə əlləşən Bahodir Nasimov 2010/11 mövsümündən “Neftçi”nin uğurları üçün çalışırdı. Özbəkistan yığmasının forvardı 2011/12 mövsümündə 16 qolla ölkə çempionatının bombardiri olmuşdu. O, 4 mövsümdə keçirdiyi 86 oyuna 38 qol vurub.