“Neftçi” və “Sumqayıt” “Top-10”da
10.02.2014 - 10:42
“Neftçi” və “Sumqayıt” “Top-10”da

Dünyanın milli çempionatlarda ən uzun qələbə həsrəti yaşayan klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqası da ilk “10-luq”da təmsil olunub.

 

Belə ki, davam etməkdə olan 10 ən uzun qələbəsiz seriyadan birinin müəllifi “Sumqayıt”dır.

 

Aqil Məmmədovun yetirmələri 17 turdur qalib gəlməməklə, planetin 9-cusudur. İsrailin aşağı dəstə təmsilçisi “İroni Um-əl-F” isə bu göstəricidə rekordçudur. Bu komanda 28 matdır qələbə həsrətindədir. İlk “onluq”da tanınmış klublardan Rusiya “Anji”si də yer alıb. Bu komanda 20 matçlıq seriya ilə 6-cı yerə şərikdir.

 

Müxtəlif göstəricilər üzrə müəyyənləşən “onluq”larda daha bir Azərbaycan klubu yer alıb. “Neftçi” ən çox “2,5-dən yuxarı” oynayanlar arasındadır. Belə ki, ardıcıl 9 turdur “ağ-qaralar”ın oyunlarında 2-dən artıq qol vurulur. Bakılılar bu göstəricidə 6-cı yerdədir.

 

“Yuxarı” oynamaqda rekord isə İslandiya “Velsinqur”u ilə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu şərikdir. Onlar 13 oyundur hər görüşdə 2-dən artıq qola şahid olur.